
ArchiCO Engineering Company oktyabrın 15-də Caspian Construction Week tərəfindən təşkil olunan 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak edib. Sərgi çərçivəsində ArchiCO Project şirkətinin təsisçisi və direktoru, eyni zamanda "ArchiCO Engineering Company"nin Layihələndirmə Departamentinin rəhbəri Zəminə Musayeva tikinti və mühəndislik sektorunun nümayəndələri ilə keçirilən B2B görüşlərdə iştirak edib. Görüşlər zamanı işgüzar əlaqələrin genişləndirilməsi, potensial əməkdaşlıq imkanlarının müzakirəsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Tikinti, mühəndislik və memarlıq sahələrində fəaliyyət göstərən şirkətləri bir araya gətirən sərgi sektorun yenilikləri ilə tanış olmaq, peşəkar əlaqələri gücləndirmək və gələcək əməkdaşlıqlar üçün yeni imkanları dəyərləndirmək baxımından əhəmiyyət daşıyıb. ArchiCO Engineering Company beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsinə, işgüzar əlaqələrin möhkəmləndirilməsinə və tikinti sektorunda yeni imkanların dəyərləndirilməsinə hər zaman önəm verir.








